Dövlət və özəl qurumlar KOBİA-nın fəaliyyətini qiymətləndiriblər
Sosial həyat

Dövlət və özəl qurumlar KOBİA-nın fəaliyyətini qiymətləndiriblər

KOBİA yanında İctimai Şuranın   təşkilatçılığı əsasında    keçirilən “Audit və   qiymətləndirmə  fəaliyyəti” mövzusunda   ictimai    müzakirədə audit və qiymətləndirmə    fəaliyyətinin  biznesin   inkişafında   rolu   və   bu    fəaliyyətin   təkmilləşdirilməsi   ilə     bağlı        fikir      mübadiləsi  aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), AzərbaycanRespublikası  Auditorlar  Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları  Milli  Konfederasiyasının  və “Azərbaycan  Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın    təşkilatçılığı   ilə “Audit vəqiymətləndirmə    fəaliyyəti” mövzusunda     ictimai      müzakirə təşkil     olunub.  Tədbirdə müvafiq  dövlət   qurumlarının, biznes   assosiasiyaların    nümayəndələri   və    sahibkarlar   iştirak      ediblər.

KOBİA yanında İctimai Şuranın sədri FərhadQaraşov şəffaflığın təmin olunmasında müstəqil audit və qiymətləndirmənin xüsusi rol  oynadığını, ictimai müzakirənin  bu sahədə  fəaliyyət göstərən  KOB subyektlərinin  gözləntilərinin  və   qarşılaşdıqları çətinliklərin   öyrənilməsi məqsədilə təşkil       olunduğunu    qeyd     edib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov audit və  qiymətləndirmə  fəaliyyəti  ilə   məşğul   olan KOB subyektlərinin    Agentliyin birsıra  dəstək   və   xidmətlərindən   istifadə    etdiyini  deyib.

Azərbaycan Respublikası Auditorlar  Palatasının  sədri  Vahid Novruzov şəffaflığın  artırılmasında  auditin   rolunun  yüksəldilməsi, auditor xidmətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq audit standartlarının tam tətbiqinə keçilməsi, daxili audit xidmətinin və auditorların fəaliyyətinə dair nəzarət sistemlərinin daha da genişləndirilməsi  istiqamətində   həyata   keçirilən   tədbirlərbarədə   məlumat  verib.

“Azərbaycan  Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin  sədri Vüqar Oruc   müvafiq    sahədə    mövcud   vəziyyət, ictimai    birliyin   fəaliyyəti   barədə      fikirlərini     bölüşüb.

Nəriman   Cavadov,

“Respublika”