Masallıda şəhid ailələri ilə görüş
Sosial həyat

Masallıda şəhid ailələri ilə görüş

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun, müavinlərin, şöbə müdirlərinin, hüquq-mühafizə orqan rəhbərlərinin və jurnalistlərin qatıldığı görüşdə Vətən torpaqlarının azadlığı naminə can qoyan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.


Görüşün açılış nitqində dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan Araz Əhmədov onu da bildirib ki, 44 günlük haqq savaşımız Azərbaycan xalqının şanlı zəfər tarixidir. Birinci Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək, qanı bahasına tarix yazan igid Vətən övladlarının adları Azərbaycan xalqının qəlbində yaşayacaq, ehtiramla xatırlanacaq.

Görüşdə iştirak edən şəhidlərin valideynləri övladlarının keçdikləri şərəfli döyüş yolundan söz açaraq, onlarla bağlı xatirələrini bölüşməklə bərabər, göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıq edib, həmçinin bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.

Zəfər ORUCOĞLU.