Dulusçuluq - yaşadılan qədim el sənəti
Region

Dulusçuluq - yaşadılan qədim el sənəti

Tarixən sənətin sənətkarlığın inkişaf etdiyi ərazilərdən olub Şəki. Burada dəmirçilik, nalbəndlik, şəbəkə, papaqçılıq, ipəkçilik neçə-neçə digər sənət növləri inkişaf edib. Sevindirici haldır ki, bu sənətlər nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çıxıb. Burada dulusçuluq sənəti geniş yayılıb.

Dulusçuluq çətin, lakin xüsusi əhəmiyyətə malik bir sənətçilik növüdür. Şəkidə dulusçuluq ənənəvi sənətə çevrilərək nəsildən-nəslə ötürülərək geniş yayılıb. Beləliklə Şəkidə "Duluslar" məhəlləsi yaranıb. Bir vaxtlar Şəkinin bu digər məhəllələrdə 50- yaxın dulusçu fəaliyyət göstəribsə son zamanlar onların sayı xeyli azalıb. Məhz bu səbəbdən Şəkidə bu sənətdən söz düşən kimi Məmmədovlar nəslinin adı çəkilir. Çünki bu el sənətini həmin nəslin yetirmələri bu gün davam etdirir.

Məmmədovlar nəslinin dulusçuluq sənəti barədə əvvəlcədən məlumatımın olmağına baxmayaraq sakinlərlə söhbətdə bunu bir daha dəqiqləşdirdimHəmsöhbət olduğum yerli sakinlərin bir neçəsi birbaşa nəslin davamçısı Rəhmanın adını çəkdi. Rəhmanla zəngləşib, görüş üçün vaxt müəyyənləşdirdik. Emalatxana darısqal məhəllədə yerləşsə getməkdə heç bir çətinliyim olmadı, yolu ilk dəfə getməyimizə baxmayaraq Rəhmanın adı bizə rahat istiqamət verirdi. Məhəllənin Şəkinin qədim  ərazisində yerləşməyi öz gözəlliyi tarixi qədimliyi ilə diqqəti cəlb edirdi.

Rəhmanla söhbətimiz emalatxanada başladı. Uşaq yaşlarından bu sənətə bağlanan Rəhman Məmmədov bildirdi ki, bu çox çətin böyük zəhmət tələb edən olsa da bizim nəsil üçün ənənə olaraq davam edən bir məktəbdi. Həmişə atamın yanında oturub saatlarla onun işinə baxırdım. Hərdən bir özüm məşğul olurdum bir gün gördüm ki, hazırladığım müxtəlif qablar böyüklərin xoşuna gəlir. Beləliklə özüm bilmədən yavaş-yavaş dulusçu oldum. İndi isə  tam əminliklə demək olar ki, ata-babalarımızdan bizə miras qalmış dulusçuluq sənəti bu gün qorunur, yaşadılır gələcək nəsillərə ötürülür.

Dulusçuluq sənətinin Şəkidə qədimliyinə toxunan Rəhman bunu xammal ehtiyatının yaxın ərazidə olması ilə əlaqələndirdi. Xammalı əsasən rayonun Oxud kəndindən gətirib tələbata uyğun məhsullar hazırlayırıq. İndi piti qablarına, səhənglərə, qazanlara, dolçalara digər məhsullara böyük ehtiyac duyulur. Əsasən bir nəfərlik piti qabları hazırlayırıq. Yüksək keyfiyyəti ilə seçilən bu məhsullar həm yeməyə xüsusi dad verirÇünki bu qablarda bişən yeməklər dadlı ekoloji cəhətdən təmiz olur. Saxsı qabların bir özəlliyi var ki, bunlar nəfəs alır. Eyni zamanda fərqli ölçülü piti qabları, xörək bişirmək üçün qazanlar, nehrə çalxalamaq üçün irihəcmli kuzələr irili-xırdalı müxtəlif qəfədanlar hazırlayırıq.

Rəhman usta qeyd etdi ki, həm nəslimizin sənətini davam etdirdiyimizə görə qürur duyuruq, həm şükürlər olsun, maddi qazanc əldə edirik. Ümid edirəm ki, nəslimizin uşaqları da bu el sənətinin bağlılığını davam etdirərək dulusçuluq sənətini yaşadacaq.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".