Qəzetimizin tənqidi çıxışından sonar: Şəmkirdə ət satışı ilə bağlı problem aradan qaldırılır
Region

Qəzetimizin tənqidi çıxışından sonar: Şəmkirdə ət satışı ilə bağlı problem aradan qaldırılır

"Respublika" qəzetinin 11 dekabr 2022-ci il tarixli sayında "Şəmkirdə ət satışına niyə nəzarət olunmur?" sərlövhəli yazı dərc olunaraq rayonda ət kəsimi məntəqəsinin olmaması, Sabirkənd yaşayış məntəqəsində ət satışı məntəqələrində sanitar qaydalara əməl edilməməsi və s. neqativ halların mövcudluğu tənqid olunmuşdu.

Bu günlərdə rayonun adıçəkilən kəndinə yenə səfər etdik. Lakin indi başqa bir mənzərənin şahidi olduq. Məlum oldu ki, Şəmkirdə ət kəsimi məntəqəsi fəaliyyət göstərir, heyvanlar kəsim sexində kəsilir, hər gün satılacaq ətdən nümunə götürülür. Laborator analizlərdən keçirildikdən sonra satışa icazə verilir.

Rayon rəhbərliyindən aldığımız məlumata görə, yaxın zamanlarda ikinci kəsim sexi də fəaliyyətə başlayacaqdır. Ət satışı məntəqələrində təmizliyə riayət olunur, su xətləri çəkilmiş, səliqə-sahman yaradılmışdır. Məntəqələr magistral yolun kənarında olduğundan satış qapalı məkanlarda həyata keçirilir, soyuducularla təmin olunmuşdur.

Açıq havada ətlərin asılmasına son qoyulmuşdur.

Vəli VƏLİYEV,

"Respublika".