Düzgün qidalanmama xərçəng riskini artırır
Maraqlı

Düzgün qidalanmama xərçəng riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) əsasən Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) bu il dərc etdiyi hesabata görə, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi müşahidə olunub və bu rəqəmlərin artacağı təxmin edilir. 2050-ci ildə dünyada 35 milyondan çox yeni xərçəng xəstəsinin olacağı proqnozlaşdırılır. Ancaq düzgün qidalanmaq, aktiv qalmaq və siqaret çəkməmək kimi sağlam seçimlər edərək xərçəng riskini azaltmaq mümkündür. Bundan əlavə, bəzi xərçəng növlərinin erkən aşkarlanması üçün tövsiyə olunan bir çox skrininq üsulları var.

Mövzu ilə bağlı açıqlama verən professor dr. Muzaffer Sarıyar xərçənglə mübarizədə düzgün və şüurlu qidalanmanın, idmanın, stresdən uzaq durmağın və tütün məmulatlarının istifadəsini dayandırmağın vacib olduğunu vurğulayıb. O deyib: "İndiki dünyada orta ömür uzanıb. 65-70 yaşlı şəxslər indi orta yaş qrupundadır. Gözlənilən ömür uzunluğu artdıqca və bugünkü müayinə üsulları təkmilləşdikcə, xərçəngə yoluxma hallarının müəyyənləşmə nisbətləri artır. Bununla belə, xərçəngə yoluxma halları təkcə orta və yaşlı insanlarda deyil, gənclər arasında da günü-gündən çoxalır. Balanssız və qeyri-sağlam qidalanma, tütün məmulatlarından istifadə, hərəkətsizlik, piylənmə, təbii məhsullardan istifadə edilməməsi, havanın çirklənməsi, texnoloji asılılıq, müasir həyatla əlaqədar artan stres də xərçəng xəstəliyində böyük rol oynayır".

Xərçəng riskinin azaldılmasında qidalanmanın xüsusi əhəmiyyəti olduğunu deyən M.Sarıyar bildirib: "Xərçəng hüceyrələri də daxil olmaqla bədəndəki bütün hüceyrələrin əsas enerji mənbəyi şəkərdir. Başqa sözlə, şəkər həmin hüceyrələrin əsas funksiyalarını davam etdirmələri üçün vacibdir. Hər bir orqanizmdə xərçəng hüceyrələri var. Bu  hüceyrələr sürətlə böyüyüb çoxaldıqları üçün normal hüceyrələrdən fərqli olaraq daha çox şəkər istifadə edirlər. Bundan əlavə, həddindən artıq şəkər istehlakından qaynaqlanan köklük də xərçəngə səbəb olur. Bu səbəbdən qida rasionunda şəkər balanslaşdırılmış miqdarda istehlak edilməli, şəkər ehtiyacı isə porsiya nəzarəti şəklində meyvə və tərəvəzlərdən qarşılanmalıdır. Bundan əlavə, təbii qidalanma vacibdir. Aralıqlı pəhriz orqanizm üçün ən uyğun qida növüdür. Trans yağlar yerinə zeytun yağı istifadə edilməlidir. Tərəvəzləri qaynatmaq və ya buxarda bişirmək lazımdır. Həftədə ən azı 2-3 dəfə balıq istifadə edilməli, qızardılmış qidalar qəbul edilməməlidir. Əgər qırmızı ət yeyəcəksinizsə, manqal və qızartma üsullarına üstünlük verilməməlidir. Konservləşdirilmiş qidalardan uzaq durmaq lazımdır. Tərəvəz və meyvələr də mövsümündə istifadə edilməlidir".

Xərçəngin bir çox müalicə üsulunun olduğunu bildirən M.Sarıyar vurğulayıb ki, xəstə cərrahiyyə, tibbi onkologiya və radiasiya onkologiyası sahələrindəki üsullarla müalicə olunur. Ümumiyyətlə, radioterapiya, kemoterapi, dərmanlar, cərrahi üsullar, hormon terapiyası, immunoterapiya ilə yanaşı, xərçəng hüceyrələrini öldürmək məqsədilə həyat tərzində də dəyişikliklər edilməlidir. Müalicələr  ixtisaslaşdırılmış səhiyyə ocaqlarında aparılmalıdır.

Türkiyədə bir neçə mərkəzdə tətbiq edilən isti kemoterapi müalicəsinin xərçəng xəstələrinə daha uzun ömür bəxş etdiyini ifadə edən M.Sarıyar "Yeni ümid bu müalicə üsulu tətbiq edilən (Isıtılmış Qarın İçi Kimyaterapiya/Hipertermik İntraperitoneal Kemoterapi-HIPEC) xərçəng xəstələri üçün xərçənglərin əhəmiyyətli bir hissəsi diaqnoz edilə bilər". Professor, bu üsulun ilk dəfə diaqnoz qoyulan və əməliyyat olunmayan ilkin mərhələdə olan xəstələrə, əvvəl əməliyyat olunmuş, lakin təkrarlanan xərçənglərə də tətbiq edilə biləcəyini bildirib.

M.Sarıyar sonda vurğulayıb ki, xərçənglə mübarizədə tam uğur əldə etmək yalnız onu yaradan amillərdən qaçmaqla mümkündür. Xərçəngi erkən mərhələdə tanımaq və ya aşkar etmək onu tamamilə məğlub etmək üçün çox vacibdir. Risk faktorlarını dəyişdirməkdə faydalı ola bilər. Ancaq ən vacibi skrininq testlərini həyata keçirməkdir. Vaxtında skrininq testlərinin keçirilməsi vacibdir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.