Ərdoğan Hindistana gedir
Region

Ərdoğan Hindistana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  18-ci G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün bu gün Hindistana gedir. 

"Respublika" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, G20 Liderlər Sammitində prioritet gündəm Rusiya-Ukrayna müharibəsi olacaq. Bundan başqa, dünyanın üzləşdiyi risklər, xüsusilə də qlobal enerji və qida mövzularının müzakirə olunacağı gözlənilir.

Nəzrin ELDARQIZI,

"Respublika".