Ərdoğan Şimali kiprlilərlə görüşüb
Türk dünyası

Ərdoğan Şimali kiprlilərlə görüşüb

Kipr Sülh Əməliyyatının 49-cu ildönümü münasibəti ilə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali kiprlilərlə görüşüb və əhalini təbrik edib. 

"Respublika" xəbər verir ki, bu barədə Prezident Ərdoğan öz rəsmi Tvitter hesabında paylaşım edib. 

"Kipr Sülh Əməliyyatının 49-cu ildönümündə Kipr türk qardaşlarımla bir yerdə olmaqdan çox xoşbəxt oldum.
Bizi bir daha həsrət və sevgi ilə qucaqlayan Kipr türk xalqına, adada yaşayan vətəndaşlarıma təşəkkür edirəm" - deyə, Ərdoğan bildirib.

Töhfə SƏMƏDOVA,

"Respublika".