Ərdoğan Tokayevə “Togg” hədiyyə edib
Türk dünyası

Ərdoğan Tokayevə “Togg” hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə “Togg” elektromobili hədiyyə edib.

"Respublika" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada “Türk Əsri” çağırışı altında keçirilən 10-cu Zirvə görüşündən ölkəsinə qayıdarkən Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında Qazaxıstan liderinə “Togg” elektromobili hədiyyə edib.