Seçkilərdə əsas qalib Türkiyə xalqıdır
Türk dünyası

Seçkilərdə əsas qalib Türkiyə xalqıdır

28 MAY 2023-  İL YENİ  DÖVRÜN BAŞLANĞICI  KİMİ  YADDA  QALACAQ

Türkiyədə 28 may 2023- ildə keçirilən 13- prezident seçkilərinin ikinci turu uğurla başa çatdı. Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,18 faizinin səsini qazanaraq yenidən Türkiyənin Prezidenti seçildi.

Seçkilər Türkiyədə 2023- il iyunun 18- keçirilməli idi, lakin hökumət universitet imtahanları, iyunun sonunda Həcc ziyarəti, Qurban Bayramı yay tətilinin başlanmasını nəzərə alıb, onları bir ay irəli çəkdi. İlk turda - 14 may 2023- il seçkilərində R.T.Ərdoğan 49,5 faiz, Kılıçdaroğlu 44,9 faiz, Sinan Oğan isə 5,2 faiz səs topladılar. Məhərrəm İncə isə geri çəkilməsinə baxmayaraq, 0,4 faiz səs topladı. Ərdoğan səslərin mütləq çoxluğundan 0,5 faiz az səs aldığı üçün Kılıçdaroğlu ilə mayın 28- keçiriləcək seçkilərin ikinci turunda mübarizə apardı.

Türkiyədə prezident seçkiləri ilə yanaşı, 14 may 2023- ildə parlament seçkiləri keçirildi. Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən "Cümhur İttifaqı" cəmi 316, o cümlədən "Cümhur İttifaqı"na daxil olan AK Partiya 266, MHP isə 50 deputatla parlamentdə təmsil olunacaq. "Millət İttifaqı"na daxil olan CHP-dən 169 (bu səslər ona dəstək verən partiyalar arasında bölünəcək), İYİ Partiyadan isə 43 millət vəkili parlamentdə yer qazanıb. Bundan başqa, Yaşıl Sol Partiyası 61, Yenidən Rəfah Partiyası 5, TİP 4 millət vəkili ilə parlamentdə təmsil olunacaq.

Ümumilikdə, Türkiyə daxilində 60,9 milyon, xaricdə isə 3,2 milyon olmaqla, 64,1 milyon seçicinin seçkilərdə səs vermək hüququ olduğu açıqlanmışdır. 14 mayda səsvermədə seçicilərin 88,92 faizi, 28 mayda isə 83 faizi iştirak etmişdir.

Seçkilər hər iki turda demokratik şəraitdə, gərgin vəziyyətdə keçirilmişdi. Hətta respublikada prezident ilk dəfə ikinci turda seçildi. Bu demokratik şəraitdə keçirilmiş seçkilər oktyabr ayında yaranmasının 100 illiyini təntənə ilə qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyətinə ən böyük hədiyyədir

14 28 may seçkiləri tam şəffaf, açıq, obyektiv, qanuni şəkildə keçirildi. İnsidentsiz başa çatdı. Prezident seçkilərinin ikinci turunun keçirilməsi Ərdoğanın əleyhinə aparılan təbliğatın qədər ədalətsiz yanlış olduğunu bir daha sübut etmiş oldu. Türkiyə xalqının fəallığı ilə hər iki turda keçirilən seçki kampaniyası dünya demokratiyası üçün bir örnək oldu Ərdoğanın demokrat lider olduğunu bir daha dünyaya sübut etdi.

Türkiyədə keçirilən seçkilərdə Avropanın siyasi dairələri, o cümlədən bu siyasi dairələrin Türkiyədəki əlaltıları Ərdoğanın hakimiyyətdən getməsinə ciddi çalışırdılar. Bunun səbəbi Ərdoğanın apardığı xarici daxili siyasətin onlara sərf etməməsi idi. Bu məqamda 20 il ərzində R.T.Ərdoğanın apardığı mühüm işlərin yalnız bir qismini xatırlatmaq məqsədəuyğun olar:

2002-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində Ədalət İnkişaf Partiyası (AKP) seçici səslərinin böyük çoxluğunu alaraq təkbaşına iqtidara gəldi. Beləliklə, Türkiyənin istər siyasi, istər sosial, istər iqtisadi həyatında hökm sürən böhranın qarşısı alınmağa başlandı. Ərdoğan ölkənin 59-cu hökumətini quraraq Türkiyə Cümhuriyyətinin baş naziri kimi ağıl zəkasını, gücünü ölkənin həm siyasi, həm iqtisadi həyatında islahatlara, ölkənin bütün sahələrdə inkişafına sərf etməyə başladı. Bu, asan olmasa da, uzun illərin keçən çətinliklərindən sonra Türkiyəni hazırda dinamik inkişaf edən, regionda dünyada söz sahibinə çevirdi.

Ərdoğan Türkiyəni xarici borc bataqlığından çıxardı. Türkiyənin iqtisadi, sosial, mədəni, təhsil s. sahələrində köklü islahatlar apardı. Xalqın savadlanmasının mühüm olduğunu önə çəkib, yeni ali təhsil müəssisələri açdı.

Bölgənin siyasi xəritəsini dəyişdirmək istəyənlərə imkan vermədi, Türkiyənin regional güc olduğunu dünya birliyinə sübut etdi. Rəcəb Tayyib Ərdoğanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsində siyasi mənəvi dəstəyini qədirbilən xalqımız heç zaman unutmayacaq.

Bu dediklərimizi ümumiləşdirsək, Ərdoğan peşəkar, qətiyyətli, uzaqgörən, təmkinli siyasəti ilə Türkiyəni xarici düşmənlərdən qorudu, ölkəsini dünyada sözünü deyən, qlobal siyasətə təsir edən dövlətlər sırasına çıxardı. Türkiyənin idarəçilik üsulunu təkmilləşdirib, səmərəliləşdirərək 2017-ci il referendumu ilə Prezident respublikasına çevirdi.

Rəcəb Tayyib Ərdoğanın mayın 28- seçicilərin yüksək dəstəyi ilə 52,18 faiz səslə növbəti 5 il üçün Türkiyənin Prezidenti seçilməsi Türkiyə Türk dünyasının birliyi inkişaf etməsi baxımdan unikal bir dövrün başlanğıcını qoydu.

Bu gün Ərdoğanın istər daxili, istər xarici siyasətində Türkün böyük şanlı tarixinə istinad etməsi, Türkiyənin Osmanlı İmperiyasının varisi olduğunu hər məqamda diqqətə çatdırması təsadüfi deyil. Ərdoğan Türkün tarixini təbliğ etməklə, ideoloji siyasi baxımdan xalqını daha böyük qələbələrə dastanlar yazmağa hazırlayır. Bu ideyaların həyata keçirilməsində Atatürkün: "Türk övladı əcdadını tanıdıqca daha böyük nailiyyətlər qazanmaq üçün özündə qüvvət tapacaqdır" fikirləri Ərdoğanı daha da gücləndirərək, böyük nailiyyətlərə imza atmağa ruhlandıracaqdır.

Ərdoğanın ən vacib uğurlarından biri Türkiyənin hərbi qüdrətinin gücləndirilməsi, hərbi silahların xaricdən alınmasının minimuma endirilməsi olmuşdur. Ərdoğana qədər hərbi ehtiyatların 80 faizi xaricdən alınırdı. Bu gün isə Türkiyə ordusunun 80 faizdən çox təchizatı yerli istehsal hesabınadır. Əminəm ki, bu rəqəmi 100 faizə çatdıracaqdır.

Türkiyənin xaricdən aldığı təbii qaz 99 faizdir. Artıq Aralıq Qara dənizdə aparılmış uğurlu kəşflər nəticəsində tapılan qaz yataqları Türkiyənin 20 illik daxili tələbatını ödəyəcəkdir. Artıq Türkiyədə milyard barellərlə zəngin neft yataqları kəşf edilib. Bunlar bir daha göstərir ki, yaxın gələcəkdə Türkiyə Respublikası hərbi sursatlar kimi, xarici dövlətlərə enerji ixrac edəcəkdir.

Bu baxımdan, Türkiyə xalqı əldə etdiyi bütün bu misilsiz uğurlara görə müstəqil Türkiyənin memarı Rəcəb Tayyib Ərdoğana borcludur.

Türkiyənin hazırladığı pilotsuz döyüş təyyarəsi "Bayraktar"ın 44 günlük İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatmasında müstəsna rolu əvəzsizdir. Türkiyə son illər "Kızılelma", dünyada ilk dəfə olaraq pilotsuz gəmisi, ən böyük hərbi gəmisi "TCG-Anadolu"su, dünyanın ən yaxşı tankı kimi tanınan "Leopard"la müqayisə olunan "Yeni Altay" tankını istifadəyə verməsi ilə qardaş Azərbaycan da fəxr edir.

Ərdoğan türkün uzun illər dünyanı lərzəyə salan əvvəlki hərbi qüdrətini uğurlarını özünə qaytarır. Onun daha qətiyyətli, unikal, müdrik siyasəti sayəsində dünya dövlətlərinin müxtəlif bloklarının təzyiqlərinə, NATO üzvü olmasına belə baxmayaraq, Rusiya-Ukrayna müharibəsində Türkiyənin maraqları baxımından neytral mövqe tutmasıdır. Ukraynanın haqlı işini müdafiə etməklə hər iki dövləti barışdırmağa çalışır, Türkiyə üçün əhəmiyyətli olan Türkiyə-Rusiya münasibətlərini qoruyub saxlamağı bacarır. Ukrayna müharibəsi səbəbilə yaranan dünyada taxıl ərzaq qıtlığının aradan qalxmasında əvəzsiz rol oynayır.

Ərdoğan hakimiyyətdə olduğu dönəmdə ən yüksək tribunalardan bütün dünya müsəlmanlarının havadarı hamisi kimi çıxış etmiş indi bu siyasətini uğurla davam etdirir. Kim Türk dünyasının güclü olmasını, birliyini, inkişafını istəyirdisə, Ərdoğana səs verdi gələcəkdə dəstəkləyəcək. Türkiyə demokratik ölkədir seçkilərin hər iki turunda demokratiyanın qədər yüksək səviyyədə olduğunu dünyaya bir daha göstərdi.

ATA İttifaqının seçkilərdə namizədi olmuş Sinan Oğanın ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Türkiyənin türk dünyasının gələcəyi birbaşa seçkilərlə bağlı idi. Sinan Oğan R.T.Ərdoğanı dəstəkləməklə Türkiyədə milli düşüncəni, milli dövlətçiliyi dəstəkləmiş oldu.

Ərdoğanı dəstəkləyənləri tənqid təhqir edənlər türkün düşmənləridir. Onlar Türkiyənin parçalanmasını istəyənlər, Türkiyənin xaricdən idarə olunmasını arzu edənlərdir. Bunların arxasında Kılıçdaroğlu onun ətrafındakı şəxslər durur. Bu gün Türkiyənin daxilində terror hadisələri demək olar ki, yoxdur.

Türkiyə Azərbaycan regionun sabitliyi üçün böyük layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum Cənub Qaz Kəməri-TANAP-TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Nəqliyyat Dəhlizi s. layihələri buna misal göstərə bilərik. Hakim partiyalar olan YAP AKP-nin dövlətçilik üçün gördüyü işlər göz qabağındadır.

Xalqlarımız seçkilərin ilk turunda Azərbaycanı İpək Yolundan silmək istəyən müxalifətdən olan namizəd Kılıçdaroğlunun "həyatımın layihəsidir" dediyi "Böyük İpək Yolu"nun Azərbaycandan türk dövlətlərindən yan keçmək mesajını verməsini dəstəkləmədi. Türk xalqı Boraltan körpüsündə iztirablara səbəb olub, türk millətinin tarixinə yenidən ləkə gətirmək istəyənlərə "dur" dedi. Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşadan demişdir: "Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün "Orta Dəhliz" dediyimiz layihənin bünövrəsi qoyuldu - Avropa-Qafqaz-Asiya. Yəni bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq". Müxalifət onları dəstəkləyənlər hələ başa düşmür ki, Azərbaycanda İlham Əliyevin, Türkiyədə isə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu proses uzun zamandır başlayıb. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çoxdan reallaşmışdır. Türkiyə Azərbaycan prezidentləri, dünya birliyi Naxçıvanı Azərbaycana, o cümlədən Türkiyəni Azərbaycana bağlayan, beləliklə, bütün türk dünyasını birləşdirən Zəngəzur dəhlizinə böyük önəm verir. Zəngəzur dəhlizinin açılması Türk dünyasında əlaqələrə yeni nəfəs verəcək. Yaxın aylarda Naxçıvandan keçəcək dəmiryolu Qarsa birləşdiriləcək.

Bütün bu deyilənlər göstərir ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Türkiyə bir millət, iki dövlət bir yumruqdur.

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor.