Erməni mifi və faşizmi darmadağın edilib
Siyasət

Erməni mifi və faşizmi darmadağın edilib

Faşizm nədir? Dəstə, birlik mənasını verən bu ifadə terrorizmi təbliğ edən erməni xalqının və Ermənistan dövlətinin milli ideologiyasının mahiyyətini əks etdirir. Bu gün dünyada faşist ideologiyasını təbliğ edən və bu ideologiyanın nümayəndələrini milli qəhrəman səviyyəsinə yüksəldən Ermənistan kimi ikinci bir dövlət yoxdur. Bütün dünya onların tarix boyu həmişə qan tökmələri, qəddarlıq etmələri, kənd və şəhərləri viran qoymaları və cinayətlər törətməklərinin canlı şahididir.

Hayların azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər insanlığa xas deyil və hər dəfə yeni bir məzarlıq aşkar olunanda insanlarda bu topluma qarşı nifrət artır. Daim öz çirkin niyyətlərinə nail olmaq məqsədilə türk xalqına qarşı nifrət ideologiyasını rəhbər tutaraq mərhələli və planlı şəkildə vəhşiliklər törədən qərb qonşumuzun təkcə XX əsrin sonlarında törətdikləri soyqırımı, deportasiya nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirildi, 1 milyondan artıq əhali qaçqın və məcburi köçkünə çevrildi.

Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan ermənilər 44 günlük müharibədə də faşist xislətinə sadiq qalaraq çoxsaylı cinayətlər törətdilər. 1918-ci ilin mart soyqırımı, 1992-ci ilin Xocalı faciəsi, əliyalın xalqımızın başına gətirilən müsibətlər əbədi olaraq yaddaşımızda qalacaq.

Əzəldən faşist ideologiyası əsasında yetişdirilən haylar hətta xalqımıza qarşı törətdikləri bu dəhşətli əməlləri ilə öyünüb, qocaları, qadınları, uşaqları öldürməklə, xüsusilə də qəddarcasına, insanlığa sığmayan işgəncələrlə həyatlarına son qoymaqla qürur duyublar. Xain qərb qonşumuz dünyanın müxtəlif KİV-lərinə verdikləri müsahibələrində, eləcə də yazdıqları kitablarında da iyrənc əməllərini əks etdirməkdən utanmayıblar.

2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı yenidən təxribata əl atan Ermənistan hərb meydanında məğlub oldu. Cəmi 44 gün ərzində düşmənə sarsıdıcı zərbə vuraraq sürətlə torpaqlarını azad edən Azərbaycan Ordusu hayları diz çökdürdü. Prezident İlham Əliyevin 2021-ci il aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsi zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı bildirib ki, ermənilərin törətdikləri vəhşiliklərin dünyada tayı-bərabəri yoxdur: "Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın".

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinə baxmayaraq, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırdı. Bundan başqa, tarixin arxivinə gömülmüş separatçı dəstələr lokal antiterror tədbirlərinə qədər də öz fəaliyyətini davam etdirirdi. Amma onların bu xain əməlləri də uzun çəkmədi. Azərbaycanın cəmi 23 saat çəkən lokal antiterror tədbirləri onların məkrli planlarını iflasa uğratdı. Cənab Prezidentin də bəyan etdiyi kimi, tədbirlər zamanı yalnız hərbi obyektlər hədəf alındı, mülki əhaliyə və obyektlərə atəş açılmadı. Azərbaycan əsgəri, zabiti həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Bu gün Azərbaycan regionda yaratdığı yeni geosiyasi düzənlə öz qüdrətini bir daha nümayiş etdirir. Məğlubiyyətini həzm edə bilməyən Ermənistan getdikcə rəzil duruma düşdüyü halda, ölkəmizin nüfuzu günbəgün artır. Bunun nəticəsində dövlətimiz müxtəlif platformalardan erməni faşizmini, mövcud reallıqları, Azərbaycanın qələbəsini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uzaqgörən və uğurlu xarici siyasəti hesabına reallaşır.

Röya RÜSTƏMLİ,

"Respublika".