Nikol Paşinyan əsgər çatışmazlığını
Siyasət

Nikol Paşinyan əsgər çatışmazlığını "Yerkrapa" terror təşkilatı ilə kompensasiya edir

Azərbaycan-Ermənistan şərti sərhədində baş verən hadisənin əsas müzakirə detallarından biri də hücumun "Yerkrapa" terror təşkilatının üzvləri tərəfindən törədilməsidir. Məlumat üçün qeyd edim ki, "Yerkrapa" terror təşkilatı Ermənistanda neofaşist ideologiyaya köklənən və onu təbliğ edən silahlı qruplaşmadır. ASALA da daxil olmaqla bu cür terror təşkilatları həm Ermənistan dövləti, həm də erməni lobbisi tərəfindən güclü maliyyə dəstəyi alır.

"Yerkrapa"da cəmləşən silahlı dəstələr Birinci Qarabağ müharibəsində Azərbaycan xalqının qanına əli batmış cinayətkarlardan ibarətdir. Qruplaşma 90-cı illərdə faşist ruhlu Monte Melkonyan tərəfindən yaradılıb. Hazırda özünü veteran adlandıran qocalar burada yer alırlar. Deyə bilərəm ki, bu gün Ermənistanın şərti sərhədlərə "Yerkrapa" terrorçularını yığması üç mənzərəni aydın göstərir. Birinci mənzərə odur ki, Ermənistan dövləti nə qədər liberal maska geyinsə və Nikol Paşinyan hakimiyyəti nə qədər özünü sülhpərvər göstərsə də hələ də terrorçuların xidmətindən istifadə edir. İkinci nüans odur ki, Ermənistanın həmin quldur dəstələrindən istifadə etməsi həm də onu göstərir ki, ölkənin sərhədlərini qoruyacaq əsgər potensialında çatışmazlıqlar var. Yəni Ermənistan ordusu və sərhəd xidməti ciddi kadr çatışmazlığı ilə üz-üzədir. Və üçüncüsü, Ermənistan daha çox orta yaşlı terrorçuların təmsil olunduğu bir təşkilatı dəstəkləməklə Azərbaycan və Türkiyəyə qarşı çirkin niyyətini ortaya qoymuş olur. Ən əsası isə bütün bunlar Avropa İttifaqı mülki müşahidə missiyası adı altında sərhəddə cəmləşən kəşfiyyat şəbəkəsinin gözünün qarşısında baş verir. Amma hər zaman olduğu kimi, qərblilər indi də erməni cinayətlərini ört-basdır etməklə məşğuldurlar.

Tural İSMAYILOV,

politoloq.