Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını hələ də ört-basdır etməyə çalışır
Siyasət

Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını hələ də ört-basdır etməyə çalışır

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyib.

İcmanın bununla bağlı yaydığı açıqlamada deyilir: "İcma hesab edir ki, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Ermənistan bununla həm də hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır.

Ermənistan rəsmiləri qayıdışla bağlı gəlişigözəl sözlər demək əvəzinə, real addım ataraq bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır".

“Respublika”.