Ermənistan tərəfi məsuliyyətə cəlb olunmalıdır
Digər xəbərlər

Ermənistan tərəfi məsuliyyətə cəlb olunmalıdır

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatına millimiz Ermənistanın verdiyi təhlükəsizlik təminatına əsasən yola salınmışdı. Əfsuslar olsun ki, xain düşmən yenə öz verdiyi sözün arxasında dayanmadı. Ölkəmizə dövlətimizə qarşı yenə təxribat törətdilər, milli atributumuz olan bayrağımızı yandırdılar. Bu, erməni barbarlığının nümunəsi Ermənistanın məkrli siyasətinin nəticəsidir.

Məhz bu səbəbdən Azərbaycan idmançılarının təhlükəsizlik tədbirlərinin görülmədiyi bir məkanda iştirakı qəbuledilməzdir qərara əsasən vətəndaşlarımızı Vətənə geri çağırdıq. Çünki akkreditasiyalı bir şəxs Azərbaycan bayrağına qarşı belə bir addım atırsa cəzalandırılmırsa, əksinə xalq dövlət arasında qəhrəman kimi qarşılanırsa, deməli, idmançılarımız yarışın keçirildiyi müddətdə digər hadisələrdən sığortalanmayacaq. İdmançılarımızın qayıtmasına da Ermənistan tərəfi qarşı çıxdı qaldıqları oteldə atletlərimiz girov kimi saxlanıldı. Lakin hər şeyə rəğmən, millimiz sağ-salamat İrəvanı tərk etdi. Bütün baş verənlər Ermənistan dövlətinin xəyanətkarlığını, etnik, milli mənəvi dəyərlərə qarşı münasibətini ifşa etdi. Bununla yanaşı, baş verənlər sülh prosesinin ləngidilməsinin bir elementi kimi dəyərləndirilməlidir.

Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında erməni idmançılarının bütün ehtiyac təhlükəsizliyini təmin etmişdi. Bu gün biz Ermənistanın idman yarışlarını siyasi alətə çevirməsinin şahidi oluruq.

Ümumiyyətlə, bu hadisənin törədilməsi ilə Ermənistanda belə nüfuzlu yarışların keçirilməsinin məqsədəuyğun olmadığı da təsdiqləndi. Məhz buna görə dövlətimiz beynəlxalq idman təşkilatlarına hadisə ilə bağlı müraciət ünvanlamış məsələyə hüquqi qiymət verilməsini tələb etmişdir. Ermənistanın məkrli planının nəticəsi olaraq idmançılarımız Paris 2024 Yaz Olimpiya Oyunlarına vəsiqə əldə edə bilmədi. Ümid edirik ki, beynəlxalq qurum təşkilatlar planlı şəkildə reallaşdırılan bu təhqirə qarşı adekvat cavab verəcək Ermənistan rəsmiləri məsuliyyətə cəlb olunacaq.

Qabil Mehdiyev,

Gənclər İdman Nazirliyi Mətbuat xidmətinin rəhbəri.