Floridada “Müqəddəs Elmo atəşi” müşahidə olunub
Maraqlı

Floridada “Müqəddəs Elmo atəşi” müşahidə olunub

Floridadakı ABŞ Hərbi Hava Qüvvələri bazasında xidmət edən pilotlar nadir atmosfer hadisələrindən birini müşahidə ediblər.

"Respublika" xəbər verir ki, bu barədə "Fox Weather" məlumat yayıb.

Bildirilib ki, “Müqəddəs Elmo atəşi” adlandırılan bu təbiət hadisəsi ildırıma bənzəsə də, əslində, atmosfer boşalması nəticəsində yaranır.

Sözügedən təbiət hadisəsi tufan zamanı və ya ondan əvvəl bulud və torpaq səthi arasındakı havada yüksək gərginlik olduqda müşahidə edilir.

Nəzrin ELDARQIZI,

"Respublika".