MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Sən demə, güzgünü buradan asmaq olmazmış...

Güzgü hər dövrdə insanlar üçün vacib atribut hesab edilib. Elə bir ev tapılmaz ki, orada ən azı bir güzgü olmasın. Bu gün müasir insanlara güzgü o qədər qəribə gəlməsə , qədimdə onun istifadəsi ilə bağlı bir çox sirli məqamlar mövcud idi. Bəs idi onların  sirri?

Güzgülərin tarixi çox qədim zamanlara gedib çıxır. İlk hazırlanan güzgülər qədim şumerlər, hindlilər misirlilərə aiddir. Əvvəllər güzgünü bürüncdən gümüşdən hazırlayıblar. İlk şüşə güzgüləri isə XII əsrdə Murano adasında yaşayan Venesiya ustaları düzəldiblər.       

Qədim zamanlarda güzgülər  "şeytanın gözləri" ilə müqayisə edilirdi. Güzgüdən daha çox şamanlar cadugərlər istifadə edirdilər. Onlar iddia edirdilər kigüzgüdə adi insanların görə bilmədiklərini  görmək mümkündür. Qədim deyimlərə görə, güzgüdəki əkslə güzgüdə əks edilən varlıq arasında sirli əlaqə var. Güzgü insanın ruhunu həyat gücünü saxlaya bilir. Həmçinin qədim dövrdə inanırdılar ki, güzgüdə gələcəyi, keçmişi görmək olar, o biri dünyanın sakinləri ilə əlaqə saxlamaq mümkündür. Bir çox alimlər əmindirlər ki, güzgü görünməz enerji ilə əhatə edilib. Bəziləri müsbət enerji verir, bəziləri isə mənfi. Xüsusilə qarşısında zorakılıqölüm ya hər hansı bir faciəvi hadisələr  baş verən güzgülər mənfi enerji verir. Məhz bu səbəbdən çarpayının yanından güzgü asmaq tövsiyə edilmir. Çünki yuxu zamanı insanın enerjisi zəiflədiyi üçün pis ruhlardan qüvvələrdən mənfi enerji  almaq ehtimalı yüksəkdir.

 

Keçmişin fotolarında insanlar niyə gülümsəməyib?

Heç düşünmüsünüzmü keçmişdə çəkilən fotolarda insanlar niyə gülümsəməyiblər? Maraqlı burasıdır ki, hətta xoşbəxtlik sevinc dolu toy şənliklərinin fotolarında da bu tendensiyanı görmək olar. Bunu daha çox  XVIII əsrin sonlarında XIX əsr boyu çəkilmiş portretlərdə hiss etmək mümkündür. Bəs bunun səbəbi nədir?   

Əslində, bu mövzu ilə bağlı bir çox nəzəriyyə fikirlər mövcuddurİlk kameralar bu gün telefonumuzda şəkil çəkdirmək qədər ani deyildi. Fotoşəkillərin çəkilməsi vaxt tələb edirdi, yəni insanlar uzun müddət yerində oturmalı idi. Bu kameralarla şəkil çəkdirmək üçün isə orta hesabla təxminən 20 dəqiqə gözləməli idin. Ən yüksəkkeyfiyyətli fotoşəkli əldə etmək üçün mümkün qədər hərəkətsiz qalmaq lazım olurdu. Çünki hərəkət fotonun bulanıqlaşmasına obyektin diqqətdən kənarda qalmasına səbəb ola bilərdi. Buna görə 20 dəqiqə gülümsəməkdənsə, rahat bir üz ifadəsi ilə oturmaq daha asan idi. İllər keçdikcə kameraların çəkiliş keyfiyyəti artdı 1900- ilə qədər inkişaf etdi. Bu illərdə kameralar təxminən 20 saniyəyə şəkil çəkə bilirdi. Ancaq o vaxtlar şəkil çəkdirmək bugünkü standartlara görə yavaş olsa da, o zaman üçün sürətli idi. Texniki aspektdən başqa, digər amil isə dövrün standartları ilə əlaqəlidir. Məsələn, o dövrdə gülümsəməyə yaxşı baxılmırdı.

 

Psixoloqlardan yeni araşdırma

Elə insanlar var ki, bəzən heç kim olmasa da, yanlarında kiminsə varlığını  hiss edirlər. İndiyə qədər psixologiyada bir cox fikir ayrılığına səbəb  olan bu mövzu ilə bağlı  hələ araşdırmalar davam edir. Bu dəfə   Tokio Universitetinin alimləri sirri neyrofizioloji neyrokoqnitiv məlumatlara əsaslanaraq açmağa çalışıblar.

Elm adamları iddia edirlər ki, başqasının varlığı hissi beyin yarımkürələrinin işində balansın pozulmasının nəticəsidir. Tədqiqat zamanı iştirakçılara öz bədənlərini göstərən xüsusi eynəklər təqdim edilib. Bu, bədənin başqa yerdə olduğu illüziyasını yaradıb ətraflarında başqasının varlığı hissini oyadıb. Alimlər, həmçinin deyirlər ki, başqasının varlığı hissi beyninin məhz insanın öz bədəninin qavranılmasına cavabdeh olan hissələrinin işindəki pozğunluqlarla əlaqələndirilə bilər.

Bu tədqiqatlar beynin necə işlədiyi ilə bağlı yeni məlumatlar versə , başqasının varlığını hissetmə duyğusu ətrafındakı bütün sirləri açmır. Elm adamları bu mövzunu araşdırmağa davam edir beynimizin necə işlədiyini qavrayışlarımızın necə formalaşdığını daha dərindən başa düşməyə ümid edirlər.

Araşdırmanın nəticələri  "Frontiers in Psychology" jurnalında dərc olunub.

 

Gözü beynindən böyük olan canlı

Heyvanlar aləminin  qeyri-adi xüsusiyyətləri ilə seçilən canlılarından biri dəvəquşulardır. Dünyanın ən böyük quşu olan dəvəquşular uzun boynu ayaqları, həmçinin 65 kilometrədək qaça bilməsi ilə tanınır.

Dəvəquşular 90-130 kiloqram ağırlığında olur. Lakin bəzi erkək dəvəquşuların ağırlığı 155 kiloqrama qədər çıxa bilir. Yetkin erkək dəvəquşuların tükləri əsasən qara, qanadları quyruqlarındakı  bəzi hissələr isə ağdır. Dişilər gənc erkək dəvəquşular boz qəhvəyidir. Qanadlar erkək dəvəquşular tərəfindən düşmənlərini qorxutmaq üçün istifadə edilir. Eyni zamanda dəvəquşular qanadları ilə balalarını qoruyur.

Ən böyük gözlərə (diametri təxminən 5 santimetrdir) sahib olan bu heyvanların gözü öz beynindən dəfələrlə, insanın gözündən isə beş dəfə böyükdür. Digər heyvanların həzm edə bilmədiyi qidaları yeyə bilməklə seçilən dəvəquşular, uzun sıx bağırsaqlara malikdirlər. Onların köməyi ilə hətta ən kobud qidaları (daş, qum s.)  belə həzm edə bilərlər. Çox  sosial olan  bu quşlar, sürü halında yaşayırlar. Maraqlıdır ki, heç bir zaman su içməyən bu quşlar susuzluğa çox davamiyyətlidirlər. Onların orqanizminin suya olan tələbatını yalnız yedikləri qidaların tərkibindəki su təmin edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".