Dünyanın ən çirkli şəhəri açıqlandı
Maraqlı

Dünyanın ən çirkli şəhəri açıqlandı

Dünyanın ən çirkli şəhərləri siyahısına İndoneziyanın paytaxtı başçılıq edir.

"Respublika" xəbər verir ki, bu barədə "Yahoo News" məlumat yayıb.

Bildirilib ki, Cakarta bu ilin may ayından bəri ardıcıl olaraq dünyanın ən çirkli 10 şəhəri arasında yer alır.

İsveçrənin “IQAir” şirkətinin məlumatına görə, 10 milyondan çox əhalisi olan Cakartada demək olar ki, hər gün qeyri-sağlam hava hökm sürür.

Yerli sakinlər uzun müddətdir ki, nəqliyyat, sənaye tüstüsü və kömürlə işləyən elektrik stansiyaları səbəbindən zəhərli hava və əlaqəli simptomlardan şikayətlənirlər.

Cakartanın çirklənmə problemi ilə bağlı sualı cavablandıran Prezident Coko Vidodo jurnalistlərə bildirib ki, həll yolu ölkənin paytaxtını hökumətin hazırda Borneo adasında sıfırdan inşa etdiyi Nusantaraya köçürməsi olacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".