“Fövqəladə hallar uşaqların gözü ilə
Digər xəbərlər

“Fövqəladə hallar uşaqların gözü ilə"

Mayın 8- Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə "Heydər Əliyev İli" həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə verilən məlumatda bildirilir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov nazirliyin əməkdaşları, BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens, müsabiqənin qalibləri seçilmiş uşaqlar, o cümlədən Vətən müharibəsi şəhidlərinin övladları ailə üzvləri, media ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzi Muzey ilə tanışlıqdan sonra "Heydər Əliyev İli" həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

Sərgi ilə tanışlıqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023- ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğunu xatırladaraq, dahi rəhbərin xalqımız dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə böyük ehtiramın bariz ifadəsi olan bu Sərəncamın böyük rəğbətlə qarşılandığını qeyd edib. Nazir vurğulayıb ki, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı istər respublikamızda, istərsə ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının öz dahisinə necə dərin sonsuz məhəbbət bəslədiyini bir daha parlaq şəkildə təcəssüm etdirir.

K.Heydərov çıxışında Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər haqqında danışıb, dahi rəhbərin zamana sığmayan misilsiz fəaliyyəti, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi yolunda atdığı qətiyyətli tarixi addımlar barədə ətraflı məlumat verib.

Dahi şəxsiyyət ömrünü bütövlükdə Azərbaycanın varlığına, onun müstəqilliyinin möhkəm dayaqlar üzərində bərqərar olaraq sürətli inkişafının təmin olunmasına sərf edib. Təsadüfi deyil ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövlət sosial-iqtisadi yüksəliş tərəqqi dövrləri kimi tarixə qızıl hərflərlə daxil olub. Canından artıq sevdiyi Vətənini xalqını tarixin çox çətin sınaqlarından böyük məharətlə çıxaran Ulu Öndər həm vətəndaşların təhlükəsiz həyat fəaliyyətinin təmin olunması məsələlərinə xüsusi həssaslıqla yanaşıb, baş verən fəlakətlər zamanı daim vətəndaşların yanında olub, onlara hərtərəfli dəstək nümayiş etdirib, bütün aidiyyəti dövlət qurumlarını fəlakətlərin nəticələrinin aradan qaldırılmasına səfərbər edib.

Çıxışında dahi rəhbərin "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır" müdrik fikirlərini xatırladan Kəmaləddin Heydərov əlavə edib ki, cəmiyyətimizin gələcəyi olan uşaqlara, o cümlədən şəhid övladlarına Ulu Öndər Heydər Əliyev daim böyük məhəbbət hissləri, diqqət qayğı ilə yanaşıb, onların ən böyük himayədarı olub.

Nazir mütərəqqi Heydər Əliyev siyasətinin mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri qürur hissi ilə xatırladaraq, bu gün ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin uğurla davam etdirildiyini, dövlət başçısı tərəfindən uşaqların, o cümlədən şəhid övladlarının təhlükəsiz sağlam mühitdə böyümələri, elmi biliklərə yiyələnmələri, Vətənini, xalqını sevən insanlar kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını diqqət çatdırıb. Bu mənada, qeyd edilməlidir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlar xüsusi qayğı ilə əhatə olunur, onların təhsili, təlim-tərbiyəsi, sağlamlığı daim diqqətdə saxlanılır.

Daha sonra nazir Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il keçirilən artıq ənənə halını almış, bu il isə "Heydər Əliyev İli" həsr olunan "Fövqəladə hallar uşaqların gözü ilə" Respublika uşaq yaradıcılıq müsabiqəsinin əhəmiyyətinə toxunub. Bu müsabiqənin uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, fərdi ictimai təhlükəsizlik məsələlərinə məsuliyyətli yanaşma hissinin kiçik yaşlarından formalaşması, eləcə onların vətənpərvər ruhda böyümələri üçün faydalı olduğunu qeyd edib.

Nazir K.Heydərov müsabiqə qaliblərini qalib ölkənin vətəndaşları kimi əldə etdikləri yüksək nəticələrə görə təbrik edərək, onlara təhsil yaradıcılıq uğurları arzulayıb.

Sonra məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən, həmçinin milli vətənpərvərlik ruhunda bədii hissə təqdim olunub.

Daha sonra qaliblərə fəxri fərman qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ölkənin bütün şəhər rayonlarının ümumtəhsil məktəblərində təhsil alan uşaqların, o cümlədən şəhid övladlarının iştirak etdikləri yaradıcılıq müsabiqəsinə 2023- il fevralın 6-da start verilib. Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, onun müdrik ideyalarının uşaq yeniyetmələr arasında təbliğ edilməsi, həmçinin onlara təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, eləcə istedadlı uşaqların üzə çıxarılması onlara dəstək verilməsidir. Müsabiqə rəsm, plakat, əl işi, yanğın qəza-xilasetmə texnikasının modeli yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib qaliblər müəyyənləşdirilib. Yekun olaraq 36 nəfər birinci, 21 nəfər ikinci, 41 nəfər üçüncü yerə, 65 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

M.MUSTAFAYEV,

Respublika”.