Fransa regionda gərginlik yaratmağa çalışır
MÜSAHİBƏLƏR

Fransa regionda gərginlik yaratmağa çalışır

Son illər qlobal təhlükəsizlik sistemində əhəmiyyətli dəyişikliklər baş verir və dünya sürətlə yeni çoxqütblü sistemə doğru gedir. Yeni təhlükəsizlik arxitekturası formalaşmaqdadır. Əfsuslar olsun ki, proseslər kifayət qədər ağrılı keçir və bir çox xalqların, milyonlarla insanın faciəsi ilə nəticələnir.

Faciələrin əsas səbəbi beynəlxalq hüququn işləməməsi, böyük dövlətlərin öz geosiyasi maraqlarına görə xalqların qarşı-qarşıya qoyulması və ikili standartlara söykənən, qərəzli qərar qəbul etmələridir. Məhz qlobal güclərin apardığı siyasət nəticəsində Hindistanın qaraçı tayfalarından ibarət ermənilər Qafqaza yerləşdirilmiş və 1918-ci ildə İrəvan xanlığının ərazisində bugünkü Ermənistan qurulmuşdur. 100 il əvvəl olduğu kimi, bu gün də erməni havadarları sırasında Fransa xüsusi canfəşanlığı ilə seçilir. Fransa hamıdan yaxşı başa düşür ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və separatçıların elan etdiyi saxta qurumla əməkdaşlıq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Sual olunur: Ermənistan daxil, heç bir dövlətin tanımadığı terrorçu Araik Arutyunyanın Fransaya dəvət olunması, dövlət televiziya kanallarında təbliğ olunmasının adı nədir? Müharibə qurtarıb. Azərbaycan torpaqlarını azad etməklə, BMT TŞ-nin qətnanələrini özü icra edib və ermənilər təslim olub, reallıqla barışıb. Fransa isə bir əsr əvvəl olduğu kimi, geosiyasi maraqlarını təmin etmək üçün gərginlik ocağını yenidən bərpa edir. Tarix təkrar olunur. İndi də maşa rolunun ifası ermənilərə tapşırılıb.

Fransanın tarixdəki müstəmləkəçilik siyasəti, Əlcəzairdə, Kamerunda, Ruandada, Mərakeşdə, Madaqaskarda törətdiyi qətliamlar hər kəsə bəllidir. Eyni zamanda Korsika adasında insan haqlarının pozulması, uzun illərdən bəri Korsika Milli Azadlıq Cəbhəsinin apardığı mücadiləni separatizm adlandırması ikili standartların nəticəsidir. Korsikada kütləvi etiraz aksiyaları vəhşicəsinə yatırılır, siyasi fəallar həbs olunur. Bu ilin mart ayında təşkil olunmuş aksiyalarda, siyasi fəal İvan Kolonna həbs olunur. Daha sonra isə boğularaq öldürülür.

Belə çıxır ki, əhalisinin sayı 400 minə qədər olan Korsikaya müstəqillik olmaz. Ancaq 25-30 min civarında olan erməniyə olar. Bunun adı siyasi riyakarlıqdır, ikili standartlardır.

Hesab edirəm ki, insan haqlarından car çəkən beynəlxalq təşkilatlar Fransanın destruktiv əməllərinə hüquqi qiymət verməlidir. Fransa dərk etməlidir ki, terroristin yaxşısı-pisi, mənimki-səninki olmur. Bu gün bəslədiyin terrorist zamanı gələndə sənin əleyhinə istifadə olunacaq. Ən doğru yol qanunlara riayət olunmasıdır.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.