Fransa və Ermənistanın
Gündəm

Fransa və Ermənistanın "blokada şousu" reallaşmadıqca öz əməllərindən usanmırlar

Şənbə günü Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Çinin xarici işlər naziri Vanq Yi ilə telefon danışığı olub. Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, iki ölkəninXİN rəhbərləri Azərbaycanla Ermənistan arasında münaqişə və Qarabağdakı vəziyyətlə yanaşı, Ukrayna, Niger kimi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı digər məsələləri müzakirə ediblər.

Mövzu ilə bağlı “Respublika”ya öz fikirlərini bildirən politoloq İlyas Hüseynov hər iki dövlətin regionda maraqlarından bəhs edib:

"Fransa regionda yalnız Ermənistanın himayədarı kimi çıxış edir və Ermənistanın müxtəlif sahələrdə güclənməsi üçün müvafiq addımlar atır. Bu, siyasi, diplomatik, iqtisadi, hərbi, logistik, texniki təchizat və digər sahələri əhatə edir. Fransa əlində olan bütün imkanlardan bu xüsusda istifadə edir, eyni zamanda, Frankofoniya təşkilatı, Avropa İttifaqı və digər təmsil olunduğu nüfuzlu platformalarda hər zaman Ermənistana dair gündəliyini formalaşdırır. Bununla yanaşı, biz görürük ki, hətta beynəlxalq məsələlərdə artıq Ermənistana yönəlik fikirlər səslənməkdədir. Fransanın xarici işlər naziri Ketrin Kolonna çinli həmkarı Vanq Yi ilə telefon danışığında da hətta Cənubi Qafqaza dair Ermənistan kontekstindən münasibət bildirib. Bu onu deməyə əsas verir ki, BMT Təhlükəsizlik Şurasında Fransa və Ermənistanın Laçın yolu və Xankəndi ətrafında uydurduqları blokada şousu reallaşmadıqca, öz yollarından usanmırlar, məkrli fəaliyyətlərini davam etdirirlər".

"Çin BMT-nin daimi üzvü kimi hazırda Fransa tərəfindən Ermənistanın arqumentlərini səsləndirir. Əlbəttə ki, Fransa Cənubi Qafqazda öz maraqlarının təminatçısı kimi çıxış edir və burada Ermənistan bir alətdir. Lakin buna baxmayaraq, Fransa heç nəyə nail olmayıb, bundan sonra da olmayacaq. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı çox sərt qınayıcı qətnamənin qəbul olunması onları razı sala bilərdi. Lakin bu, baş tutmadı. Heç bir bəyanat da, açıqlama da olmadı. Bu, Azərbaycanın siyasi gündəliyinin geniş auditoriyanın diqqətində olduğunun bir göstəricisidir” – deyə politoloq vurğulayıb.

Tacir SADIQOV,

"Respublika".