Bişkekin “Ala-Too” meydanında Qırğızıstanın yeni bayrağı ucaldılıb
Dünya xəbərləri

Bişkekin “Ala-Too” meydanında Qırğızıstanın yeni bayrağı ucaldılıb

Bişkekin əsas meydanında Qırğızıstanın yenilənmiş dövlət bayrağının təntənəli ucaldılma mərasimi keçirilib.

"Respublika" xəbər verir ki, tədbirdə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov, dövlət katibi Suyunbek Kasmambetov və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, 2023-cü il dekabrın 20-də Qırğızıstan parlamentində “Dövlət rəmzləri haqqında” qanuna dəyişiklik barədə layihə qəbul olunub. Dekabrın 22-də Prezident Sadır Japarov dövlət bayrağının dəyişdirilməsi haqqında qanun layihəsini imzalayıb. 2024-cü il yanvarın 1-də səhər saatlarında ölkənin fərqli dizaynlı dövlət bayrağı qaldırılıb.