Fransada AzTV-nin əməkdaşlarına hücum  azad jurnalistika fəaliyyətinə kobud təzyiq nümunəsidir
Siyasət

Fransada AzTV-nin əməkdaşlarına hücum  azad jurnalistika fəaliyyətinə kobud təzyiq nümunəsidir

Fransanın uzun illərdi davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyəti, ümumiyyətlə, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirməsi narahatlıq və  təəssüf doğurur. Fransada fəaliyyət göstərən radikal erməni qruplarının dəfələrlə Azərbaycanın Parisdəki Səfirliyinə qarşı özündə vandalizm və terror elementlərini ehtiva edən cinayət əməlləri törətməsi və Fransa tərəfinin bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onun erməni vandalizmini himayə etdiyini, Azərbaycana qarşı açıq diskriminasiyaya yol verdiyini bir daha sübut edir. Bu ölkənin Azərbaycana qarşı zamanla əsassız riyakarlığının, bəd əməllərinin şahidi oluruq.

Ümumiyyətlə,  Fransada sosial və siyasi problemlər haqlı olaraq insanlarda narazılıq yaradır. Küçələrə çıxan etirazçı kütlə avtomobillərə, mağazalara od vurur, polislə qanlı toqquşmalara gedir. Polis aksiyanı dağıtmaq üçün gücdən istifadə edir, etirazçılara qarşı qəddarlığa yol verir. Təbii ki, törədilən iğtişaşlar Fransa hökumətinin yürütdüyü yanlış siyasətin nəticəsidir. Dünyanın aparıcı media orqanları hər gün Fransadakı iğtişaşlardan reportajlar hazırlayır, aksiyaları ətraflı şəkildə işıqlandırırlar. Amma görünür, baş verənlər Fransa hökumətini ciddi narahat edir. Etirazlara səbəb olan faktorları aradan qaldırmaq əvəzinə onu işıqlandıran media nümayəndələrinə basqılar, təzyiqləri daha da atırır. Son beş ildə Fransada media mühitinin ağırlaşması, həm qanunvericiliyin pisləşməsi, həm jurnalistlərə qarşı müxtəlif insidentlərin baş verməsi, həm də media mənsublarının hücumlara məruz qalması, həbs olunması, xəsarətlər alması barədə çoxsaylı informasiyalar mövcuddur AzTV əməkdaşlarının hücuma məruz qalması da yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə növbəti kobud müdaxilə nümunəsidir.

Fransanın  Nanter şəhərində polisin Əlcəzair əsilli 17 yaşlı gənci öldürməsi ilə əlaqədar baş verən iğtişaşların nəticələri haqqında reportaj hazırlayan  Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin  əməkdaşlarına hücum olub,. Nəticədə müxbir və operator  bədən xəsarətləri alıb, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.Hadisə böyük rezonans doğurub, ictimaiyyət və media qurumları tərəfindən   bu xain hücum kəskin şəkildə pislənib.  Baş vermis insident bu ölkədə azad mediaya olan basqılardan xəbər verir. Parisdə iğtişaşları işıqlandıran Azərbaycan jurnalistlərinə xəsarət yetirilməsi söz və mətbuat azadlığına olan təzyiq kimi qiymətləndirilir. QHT-lər  bununla bağlı etiraz bəyanatları qəbul edirlər.Günahkarların tezliklə tapılıb cəzalandırılması tələb olunur. Fransada demokratiyaya, söz azadlığına kölgə salan bu kimi addımlar dünyada bu ölkəyə olan inamı da sarsıdır.

Fransada Az TV  əməkdaşlarına hücumla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb. Byanatı olduğu kimi təqdim  edrik:

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik.

“Respublika”