Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verilib
Dünya xəbərləri

Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verilib

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilir ki, FTX İstintaq Komitəsinin iyunun 23-də silahlı qiyam maddəsi ilə açdığı cinayət işinə xitam verilib. Belə ki, qiyamın iştirakçıları iyunun 24-də cinayətin törədilməsinə yönəldilmiş fəaliyyətlərini dayandırıblar.

Xatırladaq ki, iyunun 23-də FTX “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin silahlı qiyama çağırış bəyanatları ilə əlaqədar cinayət işi açmışdı.