Gəncə Dövlət Universiteti 2024-cü il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru  proqramları üzrə qəbul elan edir
Reklam və elanlar

Gəncə Dövlət Universiteti 2024-cü il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru  proqramları üzrə qəbul elan edir

Qəbul qaydaları haqqında məlumatı GDU-nun doktorantura və dissertantura şöbəsindən almaq olar. Əlavə olaraq bildirilir ki, doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 16 aprel tarixindən  başlayaçaqdır.  Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun son tarixi 15 may 2024-cü ildir (fəlsəfə fənni üzrə imtahan 2024-cü il sentyabrın 2, 3, 4-də, ixtisas imtahanı isə 2024-cü il sentyabrın 9, 10 və 11-də keçiriləcəkdir).

Ünvan:  AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti 429.

Tel: (+99222) 266-01-88 Elm və innovasiyalar üzrə prorektorluq.