Görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında videoçarx hazırlanıb
Mədəniyyət

Görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi görkəmli yazıçı və ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş videoçarx hazırlayıb.

Uşaq şöbəsinin sistem inzibatçısı Elvira Məmmədovanın “Yubileylər silsiləsi” layihəsi çərçivəsində hazırladığı videoçarxda ədibin həyat və yaradıcılığı haqqında məlumat verilir, onun əsərləri izləyicilərin diqqətinə çatdırılır. Videoçarxda müxtəllif illərin fotoları və ədibin bir sıra kitablarının şəkilləri yer alır. Qeyd olunur ki, Mir Cəlal həqiqət, düzlük və səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan bir şəxsiyyət olub.

Təranə HEYDƏROVA,

İnformasiya-resurs şöbəsinin müdiri.