GÖYGÖL: DÖVLƏT QAYĞISI RAZILIQLA QARŞILANIR
Region

GÖYGÖL: DÖVLƏT QAYĞISI RAZILIQLA QARŞILANIR

Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uzaqgörənliklə düşünülmüş məqsədyönlü siyasət dövlət proqramlarının qəbul edilib uğurla icra edilməsi, sosial-iqtisadi islahatların ardıcıl və qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan dayanıqlı iqtisadiyyata malik bir ölkə kimi tanınır. Bu isə rifah halının yüksəlməsinə, sabitlik və əmin-amanlıq şəraitində yaşamasına zəmin yaradır. Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Göygöl rayonunda vətəndaşlarla keçirilən görüşlərdə onları narahat edən problemlərin həll edilməsi diqqət mərkəzində saxlanılır. Bu isə sakinlər tərəfindən razılıqla qarşılanır.

Bu görüşlərdə keçirilən səyyar qəbulda bir qrup qəsəbə sakininin qəsəbədə suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün boruların təmir edilməsi, qəsəbənin sürətli internetlə təmin olunması, yeni subartezian quyusunun qazılması, yük maşınlarının qəsəbədaxili asfalt yola girişinin məhdudlaşdırılması, içməli su verilişində yaranan fasilələrin aradan qaldırılması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib və müvafiq tədbirlər görülüb.

Zabit XƏLİLOV,

“Respublika”.