Güclü lider, cəsur sərkərdə
Siyasət

Güclü lider, cəsur sərkərdə

Liderlik müxtəlif yollarla müəyyən edilə və ölçülə bilən mürəkkəb və çoxşaxəli bir fenomendir. Bir rəhbər məqsədə çatmaq üçün birlikdə irəliləmək lazım olduğuna inandırmağı, xalqını motivasiya etməyi və ilhamlandırmağı bacarmalıdır. Bütün bu sadalanan xüsusiyyətlər Prezident İlham Əliyev etibarlı və uzaqgörən bir lider edir. Ölkə başçımız çətinliklərin öhdəsindən gəlməyi və dəyişən geosiyasi tendensiyalara uyğunlaşmağı bacaran bir rəhbərdir.

O həm Azərbaycan, həm də dünya tarixinə hakimdir. İnsanlara mehriban və səmimi münasibət bəsləyən, xalqın, hər bir ölkə vətəndaşının taleyinə qayğı ilə yanaşan ölkə başçımızda liderlik üçün bütün xüsusiyyətlər var. O, öz müsahibələrində, xalqa müraciətlərində və mətbuat konfranslarında diplomatik gücünü layiqincə ortaya qoyur.

İlham Əliyev öz nitqini müxtəlif auditoriya və kontekstlərə uyğunlaşdırmağı bacarır, bir məktəbin açılışında uşaqlarla söhbət edir, bəzən qocaman insanlarla dərdləşir, həmçinin böyük dövlətlərin rəhbərləri ilə dialoq aparır. Ölkə başçımız digər ölkələrin nailiyyətlərini təqdir edir, onlarla geniş əlaqələr qurur. Bu gün ölkəmizin xarici siyasəti uğurla inkişaf edir, son illər Azərbaycan bu sahədə bir çox uğurlara imza atıb. Azərbaycanın xarici siyasəti bir neçə aspektdən xarakterizə edilə bilər. Məsələn suverenliyimiz və ərazi bütövlüyümüz İlham Əliyevin rəhbərliyi ilə təmin edilib. Bundan əlavə ölkəmizin milli maraqlarını qorumaq, iqtisadiyyatını və enerji sektorunu inkişaf etdirmək, xarici əlaqələri və tərəfdaşlığı şaxələndirmək, regional əməkdaşlığın və sabitliyin təşviqi, qlobal sülh və təhlükəsizliyə töhfə vermək kimi istiqamətlərdə uğurla fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və s. kimi enerji layihələrinin və ixracının genişləndirilməsi, bölgədə əsas müttəfiq və tərəfdaşımız olan Türkiyə ilə strateji əlaqələrin güclənməsi, ən böyük ticarət tərəfdaşı, yardım və investisiya mənbəyi olan Avropa İttifaqı, Çin, İsrail, Pakistan və sair kimi digər ölkələrlə əlaqələrin inkişafı kimi məsələlər Azərbaycanın xarici siyasətindəki davamlı uğurlarıdır. Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə bir çox çətinlikləri dəf etməyə qadir olduğunu, yeni nailiyyətlər əldə etməyi bacardığını nümayiş etdirib.

İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın silahlı qüvvələri darmadağın edilib. Prezidentimiz bu dövrdə əsl lider kimi, çıxış edərək xalqımızın birliyini təmin edib. Xalqımız 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə tam birlik nümunəsi göstərib. Bu dövrdə hər kəs qürurla və güvən hissi ilə böyük sərkərdə, cəsur liderin arxasında durub. Prezident İlham Əliyev isə bu güvən hissini heç vaxt sarsıtmayıb, öz şücayəti, ağıllı qərarları ilə tarix boyu davam edən münaqişəni Azərbaycanın lehinə yekunlaşdırıb, ölkəmizin suverenliyini təmin edib.

İlham Əliyev dörd dəfə, ən son 2018-ci ildə 86 faiz səslə prezident seçilib. O, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, 2019-cu ildən Qoşulmama Hərəkatının (QHH) sədridir. Ölkə başçısının, Azərbaycanın iqtisadiyyatı, enerji sektoru, infrastruktu, regional sabitliyin inkişafı kimi bir çox sahədə əldə etdiyi nailiyyətlərə görə bəzi xarici dövlətlərin rəhbərləri, ictimai və siyasi xadimlər tərəfindən onun şəxsiyyəti yüksək qiymətləndirilib. İsrailin keçmiş Baş naziri Ehud Olmertin 2021-ci ildə Prezident İlham Əliyevə şəxsən heyran olduğunu bildirib və onu görkəmli lider hesab etdiyini bəyan edib. Türkiyənin keçmiş prezidenti Abdullah Gül 2018-ci ildə Prezident İlham Əliyevin Azərbaycanı müasir və firavan ölkəyə çevirən uzaqgörən lider olduğunu söyləyib.

20 il bundan əvvəl Azərbaycan xalqı etimad göstərərək prezident seçkilərində İlham Əliyevi özünə rəhbər seçib. Ölkə başçısı 15 oktyabrda prezidentliyinin 20-ci ilində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırıb və bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Ölkəmiz İlham Əliyev kimi uzaqgörən bir liderin rəhbərliyilə günü-gündən inkişafa doğru addımlayır. Azərbaycan ötən 20 il müddətində öz ərazi bütövlüyünü bərpa edərək, tam suveren dövlət olub. Həmçinin bu dövrdə bir çox strateji əhəmiyyətli planlar həyata keçirilib.

Ağıllı və qalib liderin başçılığı ilə tarix yazmış Azərbaycan Cənubi Qafqazdakı reallığı öz lehinə dəyişdirib. İlham Əliyev geosiyasi tendensiyaları qabaqcadan hesablayır, hansı istiqamətdə hərəkət edilməli olduğunu əvvəlcədən planlayır. Prezidentin də dediyi kimi, nəyi, nə zaman, necə etmək lazımdır özü yaxşı bilir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".