“Günay SIĞORTA” ASC-nin  SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)
Reklam və elanlar

“Günay SIĞORTA” ASC-nin SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)

"GÜNAY SIĞORTA"  

AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN TƏSİSÇİLƏRİNƏ:

Müsbət Rəy

Biz "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdimetmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

 Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq ya səhvlər nəticəsində yarana bilər ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

 

Azərbaycan Respublikasının Auditorlar

Palatası tərəfindən verilmiş

(Lisenziya) SA/281 25.08.2022-ci il

 

17 mart 2023- il

 

Bakı, Azərbaycan Respublikası             F.X.Xoyski 98a

E-mail: iqtisadci.audit@gmail. com        Tel.: (051) 700 71 55

 

"ECONOMİK CHA" MMC (İCAZƏ-AT/206 09 yanvar 2020-ci il)

 Direktor:      Cəfərova Sevda Teymur qızı