Hakan Fidan Vaşinqtona səfər edəcək
Siyasət

Hakan Fidan Vaşinqtona səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə Antoni Blinken ilə görüşmək üçün Vaşinqtona yola düşəcək.

“Respublika” Türkiyə mediasına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının nümayəndələri ilə birlikdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşməsi gözlənilən Hakan Fidanın gündəmindəki əsas müzakirə predmeti Qəzza zolağındakı müharibə olacaq.

Musa Bağırlı,

“Respublika”.