Havayda meşə yanğınları səbəbilə mindən çox insan itkin düşüb
Dünya xəbərləri

Havayda meşə yanğınları səbəbilə mindən çox insan itkin düşüb

Yanğınlardan sonra mindən çox insanın itkin düşdüyü ABŞ-nin Havay ştatının Maui adasında axtarış əməliyyatları davam edir.

"Respublika" xəbər verir ki, bu barədə Havay adalarının qubernatoru Coş Qrin CBS telekanalında məlumat verib.

Onun sözlərinə görə, itkin düşən 1050 nəfərin axtarışı bir neçə həftə çəkəcək:
“Yanğının təsirinə məruz qalan ərazilərin 85%-i yoxlanılıb. İndi biz böyük binaları tədqiq edirik, bunun üçün mərtəbələrin və konstruksiyaların təmizlənməsi tələb olunur”.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb, insanlar yanğından uzaqlaşmaq üçün okeana üzüblər. Onlar sahil mühafizəçiləri və könüllülər tərəfindən xilas ediliblər.

Nəzrin ELDARQIZI,

"Respublika".