“Həqiqətin onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur” adlı kitab MEK-ə təqdim edib
Mədəniyyət

 “Həqiqətin onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur” adlı kitab MEK-ə təqdim edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Nazim Vəlişov və Tahir Kazımlının müəllifi olduğu “Həqiqətin onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur (İşğaldan azad edilmiş ərazilərimizdə coğrafi və tarixi adların dəyişdirilməsi -saxtalaşdırılması cəhdləri)” adlı kitab təqdim edilib.

21 iyun AMEA Mərkəzi Elmi Kitabxanasından məlumat verilir ki, kitabda 1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş oykonimləri, oronimləri və hidronimləri haqqında ensiklopedik məlumatlar öz əksini tapmışdır. Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki toponimlər tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılmış, bu ərazilərin areal etnotoponimləri izahlı təhlil edilmişdir. Kitab hamımızın bilmək məcburiyyətində olduğumuz tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir.

“Respublika”.