Hərbi prokuror işğaldan azad olunmuş ərazilərdə hərbçilərlə görüşüb
Digər xəbərlər

Hərbi prokuror işğaldan azad olunmuş ərazilərdə hərbçilərlə görüşüb

Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, general-leytenant Mais Bərxudarov, eləcə Hərbi Prokurorluğun Mərkəzi Aparatının ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz unudulmaz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Hərbçiləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, onlara ən xoş arzularını ifadə edən hərbi prokuror Xanlar Vəliyev əvvəlcə 2023- ilin "Heydər Əliyev İli" olduğunu vurğulayaraq, nəhəng şəxsiyyətin dünya tarixindəki rolundan, eləcə Azərbaycan xalqı dövləti qarşısındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycanın memarı qurucusu Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, müdrik siyasi strategiyası, sarsılmaz qətiyyəti yorulmaz fəaliyyəti ilə xalqın dərin düşüncəsi əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən dövlətimiz qüdrətlənir. İşğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur.

Hərbi prokuror Xanlar Vəliyev deyib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət qayğısı sayəsində istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən bəhs edən Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi qələbəni Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Sonra hüquqi maarifləndirici mövzularda çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı problemləri, məişət şəraitləri ilə maraqlanılıb. Üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim edilib.

Ülvi QARAYEV,

Respublika”.