Hərbi təxribatlar düşmənin sonunu yaxınlaşdırır
Siyasət

Hərbi təxribatlar düşmənin sonunu yaxınlaşdırır

Ermənistan Azərbaycana qarşı beynəlxalq humanitar hüquq normalarına zidd olan, regionda sülhə təhdid xarakteri daşıyan, hərbi təxribatlarını davam etdirir. Belə ki, iyunun 15- Ermənistan silahlı qüvvələri müxtəlif çaplı odlu silahlardan Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən "Laçın" sərhəd-nəzarət məntəqəsinə dislokasiya olunmuş ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açmışdır. Düşmənin xain planı nəticəsində DSX-nın hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası almışdır. Hadisədən sonra düşmən Füzulidə, Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuşdur. Hər zaman olduğu kimi, Ermənistanın təxribatlarının qarşısı Ordumuz tərəfindən alınmış, düşmənin silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilmişdir.

Qeyd etdiklərimizdən aydın görünür ki, sülh danışıqlarının getdiyi bir zamanda Ermənistan regiondakı sabitliyi pozmaq üçün hər cür xain yola əl atır. Düşmən dərk etmək istəmir ki, bu cür əməllər Ermənistanı nəinki rəzil duruma salır, hətta onun öz sonunu yaxınlaşdırır. Bundan başqa, törətdiyi təxribatlarla düşmən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın da şərtlərini pozmuş olur. Əslində, son bir ayda cərəyan edən hadisələrə nəzər salsaq Ermənistan tərəfinin heç sülhə meyil etmədiyini, hətta havadarlarıyla birləşərək yeni xainliklər planladığını görmək mümkündür. Düşmənin Fransanın maliyyə yardımı ilə silahlandırılması, eləcə ard-arda atəşkəs rejimini pozması Ermənistanın üzünü bir daha ifşa edir. Ölkəmiz dəfələrlə sülhün tərəfdarı olduğunu, Qarabağ münaqişəsinin məhz bu yolla həllinə çalışdığını bəyan etsə , düşmən buna əngəl törətmişdir. Deyəsən, Ermənistana döyüş meydanında verdiyimiz dərs kifayət etməyib. Prezident İlham Əliyev vaxtaşırı olaraq çıxışlarında düşməni həddini bilməyə səsləsə xainlərin xisləti dəyişməz olaraq qalıb. Ermənistanın havadarları aranı qızışdırmaq əvəzinə Azərbaycanın gücünü bir daha düşmənə xatırlatsa daha məqsədəuyğun olar. Çünki Ermənistanın təxribatları onun yolunu azdığından xəbər verir. Bir faktı da vurğulamaq yerinə düşər ki, Laçında sərhəd-buraxılış məntəqəsi regionda təhlükəsizliyin təminatı üçün yaradılmışdır, Ermənistan isə həmin məntəqəyə atəş açmaqla əslində mövcud vəziyyəti gərginləşdirənin məhz özü olduğunu təsdiqlədi. Azərbaycan isə bu xainliyi bir daha beynəlxalq səviyyədə işıqlandırdı. Belə ki, Ombudsman Səbinə Əliyeva Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Sözügedən müraciətdə humanitar məqsədlər üçün istifadə olunan sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, orada çalışan hərbi qulluqçuların, keçiddən istifadə edən mülki əhalinin həyat sağlamlığına təhdid olmaqla yanaşı, regionda sülh quruculuğu prosesinə Azərbaycan dövlətinin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilmişdir. İyunun 15- Azərbaycan, Rusiya Ermənistanın Baş prokurorları arasında keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə olunub. Müzakirə zamanı bu cür təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olunmasına maneə olduğu diqqətə çatdırılıb. Xatırlatmaqda fayda var ki, Ermənistan olmayan nüfuzunu bununla bir daha yerlə-yeksan etdi. Bütün dünya düşmənin hansı məzhəbə qulluq etdiyinin şahidi oldu. Ermənistanın sözdə sülh istəyib, əməldə isə sülhdən yayınmaq üçün hər cür alçaqlığı etməsi bir daha düşmənin saxtakarlığının ifşasıdır. Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycanın onlara verdiyi şansı belə təxribatlar törətməklə itirmək üzrədir. Dövlətimizin başçısının dediyi kimi, sülh Ermənistana lazım deyilsə, bizə lazım deyil. Şübhəsiz, xain düşmən belə davam etsə, dəmir yumruğun dadını bir daha görəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".