“Heydər Əliyev ideyaları bu gün də yaşayır və uğurlarımızın rəhnidir” mövzusunda konfrans
Region

“Heydər Əliyev ideyaları bu gün də yaşayır və uğurlarımızın rəhnidir” mövzusunda konfrans

YAP rayon təşkilatının və rayon icra hakimiyyətinin təşkilatçılığı əsasında Mədəniyyət Mərkəzində əslən rayondan olan tanınmış ziyalıların iştirakı ilə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və uğurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib.

Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, idarə,  təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, əziz xatirələrinə ehtiramla yad olunub, abidəsi önünə  gül dəstələri düzüblər.

YAP Tərtər Rayon təşkilatının sədri Eldar Əsədov  qonaqları, konfrans iştirakçılarını salamlayıb, “Heydər Əliyev ideyaları bu gün də yaşayır və uğurlarımızın rəhnidir” mövzusunda məruzə edib. Tərtər rayon  İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxışında bildirib ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz layiqli mövqeyini qoruyub saxlaya bilmişdir.

Çıxışlarda vurğulanıb ki, millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Vəli VƏLİYEV,

“Respublika”.