Hindistan müxalifəti baş nazirə qarşı birləşib
Dünya xəbərləri

Hindistan müxalifəti baş nazirə qarşı birləşib

Hindistanda 26 siyasi partiya 2024-cü ildə keçiriləcək seçkilərdə baş nazir Narendra Modinin rəhbərlik etdiyi "Bharatiya Janata" Partiyasına rəqib olmaq üçün ittifaq yaradıb. 

"Respublika" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, müxalifət təmsilçiləri bu addımı baş nazirliyə vahid namizəd irəli sürmək üçün atıblar. Onların fikrincə, yalnız birlikdə hərəkət edəcəkləri halda hazırkı hökumət başçısı Narendra Modiyə qarşı qələbə qazana bilərlər. 

26 partiyanın yaratdığı ittifaqın adı isə Universal İnkişaf üçün Hindistan Milli Alyansıdır. 

Jalə QASIMZADƏ, 

"Respublika