İctimai nəqliyyatın vəziyyəti tıxaclara birbaşa təsir edir
Sosial həyat

İctimai nəqliyyatın vəziyyəti tıxaclara birbaşa təsir edir

İctimai nəqliyyatın tənzimlənməsi və bütövlükdə bu sektordakı qaydaların yenilənməsi, eləcə də sərnişinlərin məmnunluğu və rahatlığı üçün infrastrukturun genişləndirilməsi çox vacibdir.

Qeyd edək ki, taksi fəaliyyətinin gələn ildən tənzimlənməsi nəzərdə tutulur. Bu kontekstdə ictimai nəqliyyatın həm daşıma imkanlarının genişləndirilməsi, həm də sərnişinlər üçün daha əlverişli şəraitin yaradılması mühüm məsələdir. Ona görə də xüsusən Bakı kəndlərində dayanacaqların sayının məsafədən asılı olaraq müəyyənləşdirilməsi və artırılmasına ehtiyac var. Çünki bu, sərnişinlərin məmnunluğu və eyni zamanda onların ictimai nəqliyyatdan daha sıx istifadə etməsinə gətirib çıxara bilər. Bu da nəticə etibarilə tıxacların aradan qaldırılması və ictimai nəqliyyata olan tələbatın artırılması baxımından əhəmiyyətlidir.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı.