“İdalia” qasırğası Florida ştatına qədər irəliləyib
Dünya xəbərləri

“İdalia” qasırğası Florida ştatına qədər irəliləyib

Atlantik okeanında yaranan “İdalia” qasırğası ABŞ-ın Florida sahillərinə çatıb.

"Respublika" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Bildirilib ki,  3-cü kateqoriyalı həddindən artıq şiddətli “İdalia” qasırğası Floridanın Biq Bend sahillərini vurub.

Küləyin maksimal sürətinin 201 km/saat olduğu qeyd olunur. Xatırladaq ki, bundan əvvəl Florida ştatının qubernatoru Ron Desantis qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Nəzrin ELDARQIZI,

"Respublika".