Qaston Samit: Müstəmləkəyə məruz qalmış xalqlar beynəlxalq dəstək gözləyir
Dünya xəbərləri

Qaston Samit: Müstəmləkəyə məruz qalmış xalqlar beynəlxalq dəstək gözləyir

BMT elan etdi ki, bu illərdə müstəmləkəçiliyə son qoyulmalıdır. Müstəmləkəyə məruz qalmış xalqlar beynəlxalq dəstək gözləyir.

Bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Qaston Samit mətbuat konfransı zamanı danışıb.

Daha sonra Q.Samit əlavə edib: "Öz torpaqlarımızdakı əhali ilə çalışırıq ki, bu məsələ sürətlənsin. Fransa özünü beynəlxalq səviyyədə insan haqları müdafiəçisi kimi təqdim edir. Lakin biz onu göstərmək istəyirik ki, Fransa müstəmləkəyə məruz qoyduğu dövlətlərə bu cür yanaşmır.

Biz istəyirik ki, müstəmləkəçiliyə sakit şəkildə son qoyaq. Lakin Fransa bu dialoqu rədd edir. Fransanı yalnız öz maraqları düşündürür.

Bir sıra ölkələrdə Fransa müstəmləkəçiliyinə son qoyulsa da, hələ də orada Fransa təsirləri özünü göstərir".

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılan BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.