İdmançılarımız Yay Paralimpiya oyunlarına reytinq xalları qazanıb
İdman

İdmançılarımız Yay Paralimpiya oyunlarına reytinq xalları qazanıb

3 iyul GİN-nin məlumatında bildirilir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-taekvondo idman növü üzrə milli komandasının üzvləri Zeynalov Sabir ( 58 kg, K44), Abuzərli Əbülfəz  (80 kg, K44) və Cəfərov Orxan ( +80 kg , K44) Fransanın Montarji şəhərində keçirilən Açıq Həmrəylik turnirinin bürünc medalına yiyələniblər.

Qeyd edək ki, yarış Paris 2024 XVII Yay Paralimpiya  Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

“Respublika”.