İndoneziyada qatarlar toqquşub - Ölənlər var
Dünya xəbərləri

İndoneziyada qatarlar toqquşub - Ölənlər var

İndoneziyanın Yava adasının Cikalenqka - Haurpuqur hissəsində səhər saatlarında iki sərnişin qatarı toqquşub.

"Respublika" xəbər verir ki, bu barədə "The Newyork Times" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində dəmiryolunun üç əməkdaşı həlak olub.

“Toqquşma zamanı üç nəfər (qatar maşinisti, maşinist köməkçisi və qatar bələdçisi) vəfat edib”, - deyə Qərbi Yava Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kombes İbrahim Tompo söyləyib.

Qeyd edək ki, toqquşma yerli vaxtla saat 06:03-də (Bakı vaxtı ilə 03:03) baş verib. Yolları təmizləmək üçün ağır texnika göndərilib, sərnişinlər təcili yardım maşınları ilə qəza yerindən təxliyə ediliblər.
 

Nəzrin ELDARQIZI,

"Respublika".