“ANKASAM”: Azərbaycan və Ukrayna rəsmiləri COP29-la bağlı müzakirələr aparıb
Diaspora

“ANKASAM”: Azərbaycan və Ukrayna rəsmiləri COP29-la bağlı müzakirələr aparıb

Türkiyə mediası bildirir ki, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdaliyev COP29 ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ölkənin ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets ilə görüş keçirib.

Görüş zamanı ukraynalı nazir hər iki ölkənin COP29 çərçivəsində əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan Bakıda keçiriləcək COP29 tədbirində Ukraynanın layiqli iştirakını dəstəkləməyə hazırdır.

Nurlan ABDALOV,

“Respublika”.