İordaniya Haşimilər Krallığının Kralı Qardaşınız ll Abdullah ibn Al Hüseyndən
Məktublar

İordaniya Haşimilər Krallığının Kralı Qardaşınız ll Abdullah ibn Al Hüseyndən

Qardaş Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, Qardaşım cənab İlham Əliyevə

Əziz Qardaşım,

Zati-alinizə salamlarımı və ən xoş arzularımı ifadə edir, Sizə möhkəm cansağlığı diləyir, qardaş Azərbaycan xalqının firəvanlığı, ölkənin tərəqqisi və inkişafı yönündə əvəzsiz səylərinizdən sevinc hissi duyuram.

İordaniya Haşimilər Krallığı və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 30 illik yubileyi münasibətilə Zati-alinizə qardaş dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyduğumu və xalqlarımızın mənafelərinə xidmət etmək üçün müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək və genişləndirmək niyyətində olduğumu bildirirəm.

Həmçinin Yaxın Şərqdə və dünyada sülhə nail olmaq, təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək üçün səylərimizi gücləndirmək və İslam ümmətinin mənafeyinə xidmət edəcək şəkildə ümumi maraq doğuran məsələlər üzrə əlaqələndirməni və qarşılıqlı müzakirələri davam etdirmək niyyətində olduğumu bir daha vurğulayıram.

Zati-alinizə və qardaş Azərbaycan xalqına cansağlığı, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Qardaşınız ll Abdullah ibn Al Hüseyn

İordaniya Haşimilər Krallığının Kralı