İpəkçiliyə maraq artır
Region

İpəkçiliyə maraq artır

Ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər Hacıqabul rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Hacıqabul rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.

Artıq altıncı ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilir. Yeni mövsümdə 2,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə ipəkçilik stansiyasından 60 qutu baramaqurdu gətirilərək kəndlərdə barama yetişdirən kümçülərə təhvil verilib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda ipəkqurdu toxumu paylanılmış kəndlərdə olub, kümçülərlə görüşərək, ipəkqurdu toxumunun saxlanılma şəraiti mövcud vəziyyəti ilə maraqlanıb.

Tofiq HÜSEYN,

"Respublika".