Ekologiya

"İqlim dəyişiklikləri və davamlı torpaq idarəetməsi" mövzusunda beynəlxalq konqres

Hazırda qlobal iqlim dəyişikliyi dünya gündəmində əsas mövzudur. Bu dəyişikliklərin müsbət yöndə qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bütün canlıların gələcəyi təbii ehtiyatların mövcudluğundan asılıdır. Təbiət insan daima bir-birinə təsir göstərir. İnsan öz varlığını təbiətin əhatəsində saxlayır; təbiətdən ehtiyac duyduğu maddələri alır, tullantıları təbiətə geri qaytarır. Təbiətin üzərinə qoyduğumuz yükü yüngülləşdirmək üçün isə riayət etməli olduğumuz bəzi qaydalar var. Havanın, suyun çirklənməsinin qarşısı alınmalı, istehsalatın su tullantıları təkrar emal edilməlidir. Bununla yanaşı, meşələr qorunmalı, qanunsuz ağac kəsilmələrinə son qoyulmalıdır. Ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılır.

İyunun 21- Azərbaycan Milli Elmlər Akademiyasında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Avrasiya Torpaqşünaslıq Cəmiyyətləri Federasiyasının Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin təşkilatçılığı ilə "İqlim dəyişiklikləri davamlı torpaq idarəetməsi" mövzusunda birgə beynəlxalq elmi konqres işə başlayıb. Konqresin əsas məqsədi torpaqşünaslıq sahəsində son nailiyyətləri öyrənməklə yanaşı, müzakirə etmək əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

Konqres "Heydər Əliyev Azərbaycanda torpaq islahatı" mövzusunda videoçarxın nümayişi ilə başlayıb. Daha sonra tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq konqresin bəşəriyyəti düşündürən aktual məsələyə həsr olunduğunu söyləyib. O bildirib ki, ölkəmizdə torpaqşünaslıq elminin inkişafı, xalq təsərrüfatının real ehtiyaclarının ödənilməsinə, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı problemin həllinə ciddi şəkildə köklənməsi məhz 1970-ci illərə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.

Akademik, həmçinin qeyd edib ki, Heydər Əliyevin tövsiyə tapşırıqları əsasında, nəzarəti altında respublikada torpaqların geniş şəkildə monitorinqi, qiymətləndirilməsi, xəritələşdirilməsi aparılıb, bu istiqamətdə çoxsaylı monoqrafiyalar, kitablar, metodiki göstərişlər nəşr olunub, elmi-nəzəri praktiki əhəmiyyətli dissertasiya işləri müdafiə edilib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük uğurla həyata keçirilmiş torpaq islahatları da Ulu Öndərin adı ilə bağlı olmuş torpaqşünas alimlərin fəal iştirakı ilə aparılmışdır".

Konqresdə Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti, AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Türkiyənin 19 May Universitetinin əməkdaşı Ridvan Kızılkaya, Pakistanın Kamalia Universitetinin rektoru, professor Sacid Rəşid Əhməd, Belarusun Brest Dövlət Universitetinin əməkdaşı Yuri Mojayski iştirak ediblər.

Tədbirdə çıxış edən digər iştirakçılar da konqresin torpaqdan istifadə edilməsi, onun idarə olunması, torpaqşünaslığa multidisiplinar yanaşma kimi məsələlər baxımından əhəmiyyətini qeyd ediblər.

Beynəlxalq konqres öz işini plenar iclaslarla davam etdirib. Qeyd edək ki, konqresə iyunun 22- yekun vurulacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".