İqtisadiyyat: 24,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib
İQTİSADİYYAT

İqtisadiyyat: 24,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Qeyri neft-qaz sektorunda məhsul istehsalı 6,1 faiz artmışdır.

Sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı isə 1,9 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,9 faiz artmışdır.

                                                                                                     “Respublika”.