İrakli Qaribaşvili: Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz layihəsini daha da cəlbedici etmək üçün səmərəli əməkdaşlıq edir
MÜSAHİBƏLƏR

İrakli Qaribaşvili: Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz layihəsini daha da cəlbedici etmək üçün səmərəli əməkdaşlıq edir

Azərbaycan, Gürcüstan Qazaxıstan Orta Dəhliz layihəsini daha da cəlbedici etmək üçün səmərəli əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan qazaxıstanlı həmkarı Alixan Smailov ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə iki ölkə arasında mövcud strateji əməkdaşlığı daha da gücləndirəcək layihələr, o cümlədən Orta Dəhliz layihəsi diqqət mərkəzində olub.

Hökumət başçısı deyib ki, ötən ilin noyabrında biz üçtərəfli memorandum imzaladıq. Biz bu layihədə Azərbaycan, Gürcüstan Qazaxıstanla birlikdə bütün maneələri aradan qaldırmaq Orta Dəhlizi daha da cəlbedici etmək üçün əməkdaşlıq edirik. Mərkəzi Orta Asiya ölkələrinin, Çinin bu layihəyə qoşulmasına bu dəhlizlə daha çox yük daşınmasına nail olmaq qarşıda duran əsas vəzifələrdəndir.

Onun sözlərinə görə, bununla bağlı konkret yol xəritəsi var bu layihə artıq Qazaxıstanla da razılaşdırılıb. Bu, beşillik plandır, 2027-ci ilə qədər Gürcüstan, Azərbaycan Qazaxıstanın öz növbəsində etməli olduğunu dəqiq bilirik.

"İndi biz Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi istiqamətində mühüm investisiyalar qoyuruq. Bu, çox yaxında başa çatacaq dəmir yollarımızın ötürmə qabiliyyətini iki dəfə artıracaq", - deyə İ.Qaribaşvili vurğulayıb.

Baş nazir dərin özüllü Anakliya limanı barədə məlumat verib. Bildirib ki, Gürcüstan hökuməti Anakliya limanını tikməyə hazırdır inşaat işlərinə oktyabrda başlanılacaq. Anakliya limanının səhmlərinin 51 faizi Gürcüstan hökumətinə məxsus olacaq. Qalan 49 faizlə bağlı hökumət müxtəlif şirkət korporasiyalarla mühüm danışıqlar aparmağa hazırdır.