İranda yüzlərlə qadına cinayət işi açılıb
Dünya xəbərləri

İranda yüzlərlə qadına cinayət işi açılıb

Qəzvin əyalətinin Ümumi və İnqilab Prokurorluğu “Hicab və İffət Qanunu”nun icrasına başlayandan indiyədək, 173 qadına qarşı məhkəmə işi qaldırıb. 

"Respublika" xəbər verir ki, bu barədə "ISNA" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, məcburi hicab qaydalarına riayət etməyən qadınların müəyyən edilməsində ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) əməkdaşları xüsusi rol oynayıb. 

Xatırladaq ki, iyunun 16-dan etibarən, İranın bütün şəhərlərində əxlaq polisinin patrul xidmətləri yenidən öz fəaliyyətinə başlayıb. 

Jalə QASIMZADƏ, 

"Respublika".