İsmayıllı: Könüllü qanvermə aksiyası
Region

İsmayıllı: Könüllü qanvermə aksiyası

Rayon İcra Hakimiyyəti, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində könüllü qanvermə aksiyası keçirilib.  Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, əməkdaşları və rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri qoşulub.

Milli Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən əvvəlcə donorların sağlamlıq vəziyyəti yoxlanılıb və sonra onlardan qan götürülüb.

Sonda Milli Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşı RİH başçısı Nahid Bağırovla görüşüb, mərkəzin təşəkkürnaməsini ona təqdim edib.

Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanlara yardım göstərmək məqsədi daşıyır.

M.QULUYEV,

“Respublika”.