İsraildə yerləşən “Planetar Səhiyyə Təşkilatı” beynəlxalq qeyri- hökumət təşkilatının sədri Milana Qorenşteyndən
Məktublar

İsraildə yerləşən “Planetar Səhiyyə Təşkilatı” beynəlxalq qeyri- hökumət təşkilatının sədri Milana Qorenşteyndən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Planetar Səhiyyə Təşkilatı adından ən səmimi təbriklərimizi çatdırıram.

Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan mühüm tərəqqiyə, xüsusilə də iqtisadi inkişafa nail olub. Ölkənizin inkişafı və xalqınızın rifahı istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir.

Planetar Səhiyyə Təşkilatının rəhbəri kimi Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıyam. İndiki və gələcək nəsillər üçün daha sağlam planetlə bağlı bizim məqsədlərimiz Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə uyğundur.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Milana QORENŞTEYN,

İsraildə yerləşən “Planetar Səhiyyə Təşkilatı”

beynəlxalq qeyri-hökumət təşkilatının sədri.