“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1382) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə hər iki halda “212 668 344,50” rəqəmləri “217 668 344,50” rəqəmləri ilə əvəz edilsin.

2. 2.3-cü maddədə “53 032 194,5” rəqəmləri “58 032 194,50” rəqəmləri ilə əvəz edilsin.

3. 3-cü maddə üzrə:

3.1. 3.1-ci maddədə “11 000 000,00” rəqəmləri “13 500 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.2. 3.2-ci maddədə “22 000 000,00” rəqəmləri “20 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.3. 3.3-cü maddədə “2 000 000,00” rəqəmləri “1 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.4. 3.5-ci maddədə “3 500 000,0” rəqəmləri “4 225 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.5. 3.7-ci maddədə “2 000 000,00” rəqəmləri “1 500 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.6. 3.9-cu maddədə “44 647 197,75” rəqəmləri “48 822 197,75” rəqəmləri ilə əvəz edilsin;

3.7. 3.12-ci maddədə “1 500 000,00” rəqəmləri “2 600 000,00” rəqəmləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 iyun 2023-cü il