İsveçin son çırpınışları - Dünyanın gözü Türkiyənin qərarında
Dünya xəbərləri

İsveçin son çırpınışları - Dünyanın gözü Türkiyənin qərarında

Vilnüsdə keçiriləcək NATO Zirvəsi öncəsi prezident Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Kristersson NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə görüşəcək.

Respublika xəbər verir ki, İngiltərənin "The Guardian" qəzeti sözügedən görüşün İsveçin NATO üzvlüyü uğrunda son çarəsi olduğunu bildirib.

Litvanın paytaxtında baş tutacaq NATO Sammitinə az vaxt qalmış dünyanın gözü Türkiyənin İsveçlə bağlı qərarındadır. Bu gün Vilnüsdə olacaq NATO-nun baş katibi Yens Stoltenberq sammitdən əvvəl Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə bu ölkənin NATO-ya üzvlüyü məsələsini müzakirə edəcək.

Qeyd edək  ki, Stoltenberq sammitin keçiriləcəyi “Liteexpo” sərgisində Litva prezidenti Gitanas Nauseda ilə də bir araya gələrək birgə mətbuat konfransı keçirəcək.

Nurlan ABDALOV,

“Respublika”.